Yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları sabahdan ucuzlaşacaq.
Cenublu.az Operativ Media-ya istinadən xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimovdan alınan məlumatda bildirib ki, hazırda BTE yeni tədris ilinə tam hazırdır:
"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manat salınıb. Sabahdan isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə BTE şöbə müdiri qeyd edib.