Lənkərandan olan tanınmış meyxanaçı Elnur Valeh xəstəxanada dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyul tarixində verir.
Qeyd edək ki, meyxanaçı uzun müddətdir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunurdu.