Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şəhid Məhəmməd Məcidovun oğlu Şəhriyar Məcidovun və şəhid Zaur Ağalının oğlu Ayxan Ağalının toy şənliklərində iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində verir.
İcra başçısı şəhid ailələrinin toy məclislərində iştirakı özünə mənəvi borc bildiyini qeyd edib və şəhid övladlarına xeyir-dua verib.
Şəhid valideynləri və yaxınları da icra başçısının şəhid ailələrinə göstərdiyi həssas yanaşmaya görə minnətdarlıqlarını bildiriblər.