Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov idmançıları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
İcra başçısı yunan-Roma güləşi üzrə Avropa çempionu Xasay Həsənli və Azərbaycan çempionu Ürfan Həsənli qardaşları ilə görüşüb. Başçı Vətənin şərəfini xarici ölkələrdə uca tutan, dəfələrlə Himnimizi səsləndirən, üçrəngli Bayrağımızı göylərə qaldıran qardaşlara təşəkkür edib və onlara uğurlar arzulayıb.