Astaradan olan şəhid Sadiq Bağırzadənin atası Şahin Bağırov dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyul tarixində Qafqazinfo.az-a istinadən verir.
YAP Astara Rayon Təşkilatının Sədri Həbib Cəfərovun sosial şəbəkə hesabında verdiyi məlumata görə, Şahin Bağırov xəstəlikdən vəfat edib.
Sadiq Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində anadan olub. O, 2020-ci il sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.