Astaradan olan Vətən müharibəsi şəhidi Ruslan Əliyevin atası Aslan Əliyevin yas mərasimi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində verir.
Mərasimlə əlaqədar Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin böyük mühasibi Sevinc Əmədova və Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova şəhid ailəsinə baş çəkiblər.
Daha sonra ziyarətçilər şəhidin ev-muzeyindəki əşyalarla tanış olublar.