Cənub bölgəsində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Cenublu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək fasilələrlə qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək.
Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.