Lənkəran-Astara bölgəsində hava dəyişəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Belə ki, iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Həmçinin Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.