İyulun 2-nə olan hava proqnozu açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq.