Oktyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Cenublu.az -a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.