Cəlilabad rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, 35 kV-luq "Cəlayir" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 12:00-dək Buravar, Kövüzbulaq, Ləkin və Zəhmətabad kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.