Rayon İcra Hakimiyyəti Masallı rayonunun Qızılağac kəndində yeni tikilən məktəbi ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 dekabr tarixində verir.
Belə ki, daha öncə Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbinin qəzalı vəziyyətə düşməsi barədə məlumat yayılmışdı. Bununla bağlı icra başçısı Araz Əhmədov, müavini Adəm Məhərrəmov adıçəkilən məktəbdə olan vəziyyətlə tanış olublar.
Səfər zamanı məlum olub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.