Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-29° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.