Lənkəranda 56 yaşlı kişi həyat yoldaşını döyməkdə ittiham olunub.
Hadisə rayon kəndlərindən birində baş verib. İstintaq sənədlərinə görə, Aqil gecə saat 2 radələrində yataq otağında həyat yoldaşı Sevda ilə qısqanclıq zəminində mübahisə edib.
Aqil arvadının ona xəyanət etdiyindən şübhələndiyini deyib və onun qaşlarına, üzünə baxım etdirməsinin səbəbini soruşub. Sevda isə xəyanət etmədiyini bildirib.
Bundan sonra əsəbiləşən Aqil arvadının üzünə yumruq vurub, daha sonra taxta parçası ilə onun qoluna bir neçə dəfə zərbə endirib.
Məhkəmədə təqsirini etiraf edən Aqil arvadı ilə barışdığını deyib. Sevda da ərindən şikayətçi olmadığını bildirib.
Lənkəran Rayon Məhkəməsi isə Aqili cinayət məsuliyyətindən azad edərək işə xitam verib.
Adlar şərtidir.
Mənbə: demokrat