Sentyabrın 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı keçib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Lerikdə 8, Yardımlıda 5, Lənkəranda 4, Astara, Biləsuvar, Sabirabad və İmişlidə isə 1 mm-dək qeydə alınıb.