Bu gün Astaradan olan şəhidimiz Sadiq Şahin oğlu Bağırzadənin xatirəsi anılır.
Fəxrimiz 2002-ci il aprelin 15-də Astaranın Ərçivan kəndində anadan olub. Ərçivandakı Şəhid Natiq Kərimovun adını daşıyan 3 nömrəli tam orta məktəbin məzunu olan igidimiz, çevik idmançı olduğu üçün Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunub.
Vətən müharibəsi zamanı şücaətlə vuruşan Sadiq Bağırzadə 2020-ci il sentyabrın 30-u Murovdağ yüksəkliyinin düşmənlərdən təmizlənməsi zamanı şəhadətə ucalıb.
S.Bağırzadə "Vətən uğrunda", "Cəsurluğa görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.