Lənkəran rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 30-u saat 10:00-dan işlər yekunlaşanadək Girdəni, Havzava, Veravul, Vilvan, Osaküçə və Sınovli kəndlərinin qaz təchizatı dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.