Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan ibtidai sinif müəllimləri qalib adını qazanıblar.
Belə ki, Masallıdan Şəhla Nəzərova, Cəlilabaddan Güldərən Muradova, Lənkərandan isə Kəmalə İbadova “İlin müəllimi” adını qazanıblar.
Qaliblər Sumqayıt Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə təltif olunublar. İSİM layihəsinin müəllifi, karyera-psixologiya üzrə beynəlxalq mütəxəssis Samir Vəliyev hər bir “İlin müəllimi”nə diplom və xüsusi hazırlanmış kubok təqdim edib.
Qeyd edək ki, İSİM layihəsi ibtidai sinif şagirdlərinin inkişafını təmin edən İSİM metodikasına əsaslanır. Bu metodika nəticəsində şagirdlər dərslərə daha yaxşı köklənirlər və dərsləri daha yaxşı mənimsəyirlər.