Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Masallı, Cəlilabad və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyul tarixində verir.
Qəbul 26 iyul saat 10:00-da Masallı şəhərinin Həzi Aslanov küçəsi, 4 ünvanındakı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında baş tutacaq.
Qəbula yazılmaq üçün əlaqə telefonları: (050) 577-67-78; (051) 629-79-70.