Sabah Ramazan ayının iyirminci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 20-si üçün namaz vaxtları:
🌙Sübh azanı - 05:23;
🌙Zöhr azanı - 12:48;
🌙Əsr azanı - 17:05;
🌙Məğrib azanı - 19:07;
🌙İşa azanı - 20:08.
İmsak duası:
“Bismillahir-Rahmanir-Rahim. Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu’minin”.
Tərcüməsi:
“Mərhəmətli, Rəhmli Allahın adı ilə! İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə rahatlıq bəxş edən Allah”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Qeyd edək ki, elan olunan namaz cədvəli Astarada +4, Biləsuvarda +5, Cəlilabadda +6, Lənkəranda +5, Lerikdə +7, Masallıda +5, Yardımlıda +8 dəqiqə fərqlə hesablanmalıdır.
Allah orucunuzu qəbul etsin!