top
Qəzənfər Ağayev Viləşə kəndində sakinlərlə görüş keçirib
03 avqust 2024, 00:26
- ↺ +

Qəzənfər Ağayev Viləşə kəndində sakinlərlə görüş keçirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Viləşə kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 avqust tarixində verir.

Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.

İcra başçısı bildirib ki, son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Siyaku, Vaqo, Rinə, Marzəsə kəndlərində müasir tipli məktəb binaları tikilib, əsas yollar asfaltlanıb, qazlaşma aparılıb, sahilbərkitmə, elektrik xətt təsərrüfatında təmir işləri görülüb. Aqrar sahə, xüsusən sitrusçuluq inkişaf edərək ildən-ilə genişlənib. Müasir üsullarla yeni sitrus bağlarının salınması nəticəsində bol məhsul əldə olunub.

İcra başçısı daha sonra qeyd edib ki, kəndin əsas problemləri təbii qazın verilməsi, elektrik xətt təsərrüfatının, avtomobil yolunun əsaslı təmiri və çayda geniş məcratəmizləmə işlərinin aparılmasıdır. Hazırda Taxtanəkəran kəndinə qaz xəttinin çəkilməsinə başlanılıb. Burada işlər tamamlanandan sonra Viləşə və digər kəndlərə də qaz xətti çəkiləcək.

Həmçinin o əlavə edib ki, elektrik xətt təsərrüfatı rayonda tədricən tamamilə yenilənir. Bununla əlaqədar artıq müəyyən işlər görülür. Hazırda Pəlikəş, Sım istiqamətində yeni yüksəkgərginlikli elektrik xətləri çəkilir. Digər yaşayış məntəqələrində də əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır.

Sakinlər çıxış edərək kəndə qaz xəttinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, kənd yolunun təmiri üçün texnika verilməsinə, çay üzərində körpünün qoyulmasına, çayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılmasına, uşaqların Rinə kənd tam orta məktəbinə getmələri üçün nəqliyyat vasitəsinin ayrılmasına, sel sularının ziyan vurduğu fərdi yaşayış evlərinə baxış keçirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Bu gün, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Oxşar xəbərlər