Xəbər verdiyimiz kimi, Lerik rayonuna qar yağıb.
Cenublu.az xəbər verir ki, yağan qarın hündürlüyü 5-6 sm-ə çatıb.
İlk qar Lerik rayonunun dağlıq ərazilərinə ötən gündən başlayaraq yağır.
"Şəhər mərkəzində qar yoxdur. Yollar da açıqdır. Hərəkətdə hər hansı bir məhdudiyyət yoxdur", - deyə Fövqəladə Hallar üzrə Komissiyanın sədri Habil Məlikov bildirib.
Qeyd edək ki, Lerik rayonunun əsas yolu olan Lənkəran-Lerik magistralı açıqdır.
Video Teleqram kanalımızda: