top
Qanlı Yanvardan 35 il ötür
19 yanvar 2025, 13:00
- ↺ +

Qanlı Yanvardan 35 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

O müdhiş hadisələrdən 35 il ötür.

Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.

 

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Dünən, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Dünən, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Dünən, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Dünən, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Dünən, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
10 noyabr 2026, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
10 noyabr 2026, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
10 noyabr 2026, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
10 noyabr 2026, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
10 noyabr 2026, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
10 noyabr 2026, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 noyabr 2026, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
10 noyabr 2026, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Oxşar xəbərlər