Masallı rayonunun Qədirli kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində verir.
Ümumi sahəsi 112 kv.m olan talvarın yanar konstruksiyaları 70 kv.m sahədə və altına yığılan 13 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi alovdan mühafizə edilib. Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın söndürülüb.