top
Pensiyalarla bağlı VACİB MƏSƏLƏ
25 yanvar 2025, 06:10
- ↺ +

Pensiyalarla bağlı VACİB MƏSƏLƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən qədər vergi tutularaq pensiya kapitalına yönəldilir. Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 64-dür və bu 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı hər dəfə 6 ay artırılaraq 65-ə çatdırılacaq.

Məsələ burasındadır ki, bəzən illərlə əmək fəaliyyətilə məşğul olan şəxs pensiya yaşına çatmadan vəfat edir. Bəs bu halda onun həmin vaxtadək toplanılan pensiya pulu kimə verilir? Nəzərə alsaq ki, ölkədə dəfn xərcləri də kifayət qədər yüksəkdir. Buna görə də ölən adamın toplanılan pensiya pulunu birdəfəlik çıxarıb istifadə etmək mümkündür?

Bütün bu suallara hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, pensiya kapitalı vərəsəlik qaydasında ölən şəxsin varislərinə keçmir:

“Yalnız onun himayəsində olan şəxslər varsa və yaxud ər ölüb, arvadı sağdır və onun pensiyası kişinin pensiyasından azdırsa, bu zaman pensiya həmin fərqlə verilir. Məsələn, kişi 500 manat alırdı, arvad 300 manat alırdısa, bundan sonra arvad 500 manat, yəni ərinin pensiyasının fərq hissəsini alacaq. Yaxud arvad heç pensiya almırdısa, onda tam 500 manat pensiya alacaq. Əgər əksinə, kişinin pensiyası digərindən az idisə, onda arvadına heç nə çatmır. Ölən şəxsin himayəsində olan şəxslər var idisə, yəni 18 yaşına çatmayan övladı var idisə, övladı yetkinlik yaşına çatanadək pensiyanı alacaq. Lakin pensiya tam şəkildə ümumiyyətlə verilmir, yalnız hissə-hissə pensiya kimi verilə bilər”.

Ekspert qeyd edib ki, bu qərar ədalətli hesab olunmur:

“İnsan ömrü boyu işləyib, onun pulundan pensiya toplanıb, o pulla da Dövlət Sosial Müdafiə Fondu illərlə başqalarına pensiya verib. Bu adam öldü və sadalanan hallar yoxdursa, varsa belə, pensiyasını bir müddət arvadı alıb, sonra o da öldüsə, deməli, onun pensiya kapitalı batdı. Yetkinlik yaşına çatan uşaqlarına heç nə çatmır. Nəzərə alaq ki, o pensiya kapitalı inflyasiyaya məruz qalır. Yəni bu gün biz maaşımızdan, gəlirimizdən Dövlət Sosial Müdafiə Fonduna haqq ödəyirik və həmin pensiya kapitalı onun hesabına formalaşır, amma axı o, inflyasiyaya məruz qalır. Məsələn, mən bu il ərzində 500 manat pensiya kapitalına ödəmişəm. İndiki 500 manat mənim 65 yaşımdakı ilin 500 manatı ilə eyni deyil. Axı pul daim dəyərdən düşür. Hələ dəyərdən düşmüş pulu da mənə tam vermirlər. Bu, əlbəttə ki, ədalətsizlikdir. Bəzi ölkələrdə o pul ya tam verilir, ya da heç olmasa, bir qismi verilir”.

Ə.Həsənov pensiya pulunun niyə tam şəkildə verilmədiyini də açıqlayıb:

“Ona görə ki, əgər Dövlət Sosial Müdafiə Fondu bu pulların hamısını versə, onda özündə pul qalmayacaq. Dövlət Sosial Müdafiə Fondu bu gün bizim ora ödədiyimiz haqlarla pensiyanı ödəyir. Buna baxmayaraq, onu yenə pulu çatmır və hər il dövlət büdcəsindən də əlavə götürür. Hələ kimlərsə ölür, onların pensiya kapitalı tam batır. İndi fond pulu ölənlərin ailəsinə verməyə başlasa, onda ümumiyyətlə pulu qalmayacaq. Pul olsun deyə ya Dövlət Sosial Müdafiə Fondunun gəlir

hissəsini artırmalıyıq ki, bu halda bizlərdən daha çox vergi tutulmalıdır. Buna da yəqin ki, heç birimiz razı olmayacağıq. Ya da ki, pensiyaları azaltmalıdır ki, pul çatsın. Bu da, qismən çətin məsələdir. Əslində bizdə bir qisim vətəndaşlar var ki, onlar həddən artıq yüksək pensiya alırlar. Bu da, mənim fikrimcə, tam düzgün deyil”.

Hüquqşünas əlavə edib ki, pensiya gələcəkdə bizə ancaq pensiya kapitalından verilmir:

“Burada ömür uzunluğu məsələsi var ki, çox vacibdir. Yəni kimsə 90 il yaşayır, onun pensiya kapitalı bitir, amma yenə də Dövlət Sosial Müdafiə Fondu ona pensiyanı verməyə davam edir. Halbuki onun pulu artıq bitib. Ancaq mən tərəfdarıyam ki, heç olmasa qalan pensiya kapitalının müəyyən hissəsi verilsin. Bunun üçün də gərək fondda pul olsun”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Bu gün, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Oxşar xəbərlər