top
Otlaq sahəsində həmkəndlilər arasında dava — TƏFƏRRÜAT
04 yanvar 2025, 00:03
- ↺ +

Otlaq sahəsində həmkəndlilər arasında dava — TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yardımlı rayonunda 1995-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində həmyerlisi Oqtaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 noyabr 2023-cü ildə Yardımlı rayonunun kəndi ərazisində baş verib. Vüsal aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı istintaqa məlum olmayan bərk küt əşya ilə həmkəndlisi Oqtaya qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 3-də, saat 16:30-da şəxsi təsərrüfatında olan xırda buynuzlu heyvanları otlaq sahəsində otararkən həmkəndlisi Oqtay idarə etdiyi “Vaz 21214” markalı avtomobil ilə həmin əraziyə gəlib, avtomobildən düşərək ona qoyunları həmin ərazidən çıxarmasını bildirib: “Həmin vaxt Oqtay məni nalayiq söyüşlərlə təhqir etdi. Mən Oqtaydan söyüşlərini dayandırmasını tələb etsəm də, hərəkətlərini davam etdirdiyinə görə əsəbiləşdim, əlimdəki ağac parçası ilə ona bir-neçə zərbə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Oqtayın sözlərinə görə, Yardımlı rayonunun kəndində yaşayır və həmkəndlisi Bəhramın kənd ərazisində yerləşən pay torpaq sahəsini payız aylarında müvəqqəti istifadə etmək üçün ona verib: “Lakin həmkəndlim Vüsal təsərrüfatında olan xırda buynuzlu heyvanları mütəmadi Bəhramın mənə verdiyi torpaq sahəsində otarır. Mən də Vüsala dəfələrlə heyvanları həmin ərazidə otarmamasını bildirmişəm. Noyabrın 3-də, saat 16:30-da idarə etdiyim “Vaz 21214” markalı avtomobil ilə yaşadığım evə gedərkən Vüsalın yenə də heyvanları həmin ərazidə otarmasını gördüm. İdarə etdiyim avtomobil ilə həmin əraziyə getdim və Vüsala öz iradlarımı bildirdim. Vüsal heyvanları həmin ərazidən aparmayacağını bildirdikdə, aramızda mübahisə yarandı. Mübahisə zamanı Vüsal əlindəki ağac parçası ilə baş və sağ qol nahiyələrimə üç-dörd zərbə vurdu. Mən həmin zərbələrdən xəsarətlər aldım”. 

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Dünən, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Dünən, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Dünən, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Dünən, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Dünən, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
10 noyabr 2026, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
10 noyabr 2026, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
10 noyabr 2026, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
10 noyabr 2026, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
10 noyabr 2026, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
10 noyabr 2026, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 noyabr 2026, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
10 noyabr 2026, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Oxşar xəbərlər