top
Ötən ay Cəlilabadın su hövzələrində 4 nəfər boğulub
08 iyul 2024, 04:34
- ↺ +

Ötən ay Cəlilabadın su hövzələrində 4 nəfər boğulub

Cari ilin iyun ayında Cəlilabad rayonundakı su hövzələrində üç fakt üzrə dörd nəfər boğularaq ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyul tarixində Report.az-a istinadən verir.

Belə ki, iyunun 1-də Cəlilabadın Uzuntəpə kəndində yerləşən su hövzəsində 17 yaşlı yeniyetmə boğularaq ölüb. Daha bir bədbəxt hadisə iyunun 19-da baş verib. İki yeniyetmə rayonun Hamarqışlaq kəndində yerləşən su hövzəsində batıb. Son olaraq iyunun 27-də 11 yaşlı yeniyetmə Cəlilabadın Gülməmmədli kəndindəki su anbarında boğulub.

Bu səbəbdən Cəlilabad rayonu ərazisində yerləşən su anbarlarında təhlükəsizlik qaydalarının necə təmin olunması məsələsinin aktuallığı xeyli artıb.

Mövzu ilə bağlı Cəlilabad Rayon Suvarma Sistemləri İdarəsindən (SSİ) bildirilib ki, hazırda qurumun balansında üç – İncəçay, Cəfərxanlı və Göytəpə su anbarları mövcuddur. Cəlilabad SSİ-nin balansında olan su anbarlarında təhlükəsizlik qaydaları oranın əməkdaşları və gözətçisi tərəfindən qorunur, ərazidə yaşayan sakinlərin o hövzələrdə çimməyinə icazə verilmir. Bu çərçivədə əhali ilə mütəmadi maarifləndirici işlər aparılır. SSİ-dən o da bildirilib ki, rayon ərazisindəki digər sututarlar idarənin deyil, müvafiq kənd bələdiyyələrinin balansındadır.

Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev isə açıqlamasında deyib ki, haqqında danışılan məsələ ilə bağlı bütün bələdiyyə sədrlərinə əhali ilə izahat işlərinin genişləndirilməsinə dair tapşırıq verilib. O əlavə edib ki, yerlərdə ictimaiyyət arasında, o cümlədən təhsil müəssisələrində su anbarlarında çimməyin qadağan olunması və bu qaydaların pozulmasının ciddi risklər yaratdığı ilə əlaqədar təbliğat xarakterli görüşlər keçirilir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin (FHN) bu istiqamətdə hazırladığı videoçarxlar sosial şəbəkə hesablarında müntəzəm paylaşılır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
Dünən, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
Dünən, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Dünən, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Dünən, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Dünən, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Dünən, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Dünən, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
24 sentyabr 2026, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
24 sentyabr 2026, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
24 sentyabr 2026, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
24 sentyabr 2026, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
24 sentyabr 2026, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
24 sentyabr 2026, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
24 sentyabr 2026, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
24 sentyabr 2026, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
24 sentyabr 2026, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
24 sentyabr 2026, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
24 sentyabr 2026, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
24 sentyabr 2026, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Oxşar xəbərlər