Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Cenublu.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu seçki gününə 50 gün qalmış – dekabrın 10-da başlayacaq.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, müraciətlərin qəbulu dekabrın 30-u saat 18:00-da yekunlaşacaq.