top
Növbədənkənar parlament seçkilərinə yekun vurulub - YENİLƏNİB
16 sentyabr 2024, 03:06
- ↺ +

Növbədənkənar parlament seçkilərinə yekun vurulub - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.

Report-un xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.

MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxıblar.

Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.

Vurğulanıb ki, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.

İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

MSK-nın yekun protokoluna əsasən, Cənub bölgəsində seçki dairələri üzrə deputat seçilmiş şəxslər aşağıdakılardır:

69 saylı Biləsuvar Seçki Dairəsi — Məhərrəmov Bəhruz Əbdürrəhman oğlu (bitərəf);

71 saylı Cəlilabad şəhər Seçki Dairəsi — Həsənov Malik Əvəz oğlu (YAP);

72 saylı Cəlilabad kənd Seçki Dairəsi — Nəsirov Elman Xudam oğlu (YAP);

73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi — İbrahimli Fəzail Feyruz oğlu (VHP);

74 saylı Masallı Seçki Dairəsi — Məmmədov Məşhur Şahbaz oğlu (YAP);

75 saylı Yardımlı-Masallı Seçki Dairəsi — Qasımlı Musa Cəfər oğlu (bitərəf);

76 saylı Lənkəran-Masallı Seçki Dairəsi — Paşazadə Cavanşir Himmət oğlu (YAP);

77 saylı Lənkəran şəhər Seçki Dairəsi — İsmayılzadə Fariz Akif oğlu (bitərəf);

78 saylı Lənkəran kənd Seçki Dairəsi — İskəndərov Anar Camal oğlu (YAP);

79 saylı Astara Seçki Dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu (YAP);

80 saylı Lerik-Astara Seçki Dairəsi — Qafarov Vasif Vaqif oğlu (bitərəf).

 

12:33

 

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulacaq.

APA məlumat verir ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılacaq.

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Oxşar xəbərlər