top
Nicat Lənkəranskini öldürməyə cəhddə təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər
08 iyul 2024, 07:57
- ↺ +

Nicat Lənkəranskini öldürməyə cəhddə təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyul tarixində Apa.az-a istinadən verir.

Belə ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Quliyevin barəsində bəraət hökmünün çıxarılması istənilib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər məhkəməsində verilən hökmə əsasən, təqsirləndirilən şəxslər – Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

İstintaqla müəyyən edilib ki, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açıblar.

Nicat Lənkəranskinin atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimli müxtəlif xəsarətlər alıblar.

Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə üç nəfər – Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıblar. Zərərçəkmiş Nicat Əkbərov kriminal aləmdə "Nicat Lənkəranski" adı ilə tanınır. Onun kriminal avtoritet mərhum Rövşən Canıyevə (Lənkəranski) bağlı olduğu bildirilir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Bu gün, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Oxşar xəbərlər