Hərbi xidmətdən bir neçə gün əvvəl dönən Biləsuvar sakini mikroavtobus vurması nəticəsində vəfat edib.
Cenublu.az-a mərhumun qohumlarının verdiyi məlumata görə, rayonun Nəsimikənd kəndinin sakini, 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərov müalicə aldığı rayon xəstəxanasında həkimlərin səylərinə baxmayaraq, gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bu ayın 8-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində baş verib.