Masallı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı Mahir Xalıq oğlu Qurbanov dünyasını dəyişib.
Mahir Qurbanov uzun illər Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbində müəllim, direktor müavini kimi işləyib. 1994-2009-cu illərdə Masallı RİH-nin başçısının Qızılavar İƏD üzrə nümayəndəsi, daha sonra isə mərkəzi poçtun müdiri vəzifələrində çalışıb.
M.Qurbanov uzun müddət Qızılavar kəndində sovxoz direktoru işləmiş Böyük Vətən müharibəsi (1941-1945) iştirakçısı Xalıq Qurbanovun oğludur.