FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı şəhərində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində verir.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Nəticədə uşaq xilas edilib.