Masallı rayonunun Ərkivan qəsəbəsində qəzalı vəziyyətdə olan transformator təhlükə mənbəyidir.
Cenublu.az xəbər verir ki, elektrik qurğusunun ətrafına qoruyucu hasar çəkilməyib, bu da yaxınlıqdakı yoldan keçənlər üçün təhlükə yaradır.
Sakinlər bildiriblər ki, vəziyyətlə bağlı Masallı Elektrik Şəbəkəsinə dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməyib.