Masallıda müəllim intihar edib.
Cenublu.az-ın verdiyi məlumata əsasən, hadisə rayonun Dəmirçi kəndində baş verib. Asif Abbaszadə uzun müddət Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyib.
Təqaüddə olan müəllim özünə qəsd edib.
Onun iki il öncə yaşı ilə əlaqədar pensiyaya çıxdığı bildirilir. Mərhumun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.