Masallıda qadın dördüncü mərtəbədən yıxılaraq xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində Report.az-a istinadən verir.
Hadisə Heydər Əliyev prospektində baş verib. Arzu Mirzəyeva kirayə yaşadığı evin eyvanında təmizlik işləri apararkən yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.