16 saylı “ASAN xidmət” mərkəzinin Masallı fillialında vətəndaşlara təhsillə bağlı xidmətlər təklif olunur.
Cenublu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, vətəndaşlar müxtəlif təhsil xidmətlərindən yararlana bilərlər.
Xidmətlərə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi dəstəyi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat), şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat), məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat və uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı daxildir.