Masallının Ərkivan qəsəbəsindəki Şəhidlər abidəsində məşəl alovlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
Ərkivan qəsəbəsində Şəhidlər Abidə Kompleksində müəyyən texniki səbəblərdən məşələ qaz xəttinin çəkilməsi mümkün deyildi. Lakin Masallı RİH-nin təşəbbüsü, RİH və Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin birgə təşkilatçılığı ilə məsələ aradan qaldırılıb.
Qəsəbədə Şəhidlər Abidə Kompleksində inşa edilmiş məşələ təbii qaz xətti çəkilərək məşəl alovlandırılıb.