Masallıda təhsil işçiləri olan şəhid valideynləri təltif olunublar.
Cenublu.az Lənkəran - Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, Bilik Günü münasibətilə gənc nəslin təlim-tərbiyəsindəki fəaliyyətinə görə Masallı rayon Ərəb kənd ümumi orta məktəbin müəllimi Babayev Sarıbala Sarvan oğlu və Masallı şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sultanova Mehriban Ələkbər qızı fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, Mehriban Sultanova şəhid Niyaməddin Sultanzadənin anası, Sarıbala Babayev isə şəhid Sahil Babayevin atasıdır.
[caption id="attachment_66008" align="alignnone" width="336"]
Foto - Lənkəran - Astara Regional Təhsil İdarəsi[/caption]