Masallıda qazın verilişi dayandırılacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, “Masallı” qaz paylayıcı stansiyadan qidalanan Qəriblər kəndində qeyri-yaşayış sahəsinə təbii qaz veriləcək. Bununla əlaqədar sabah, 22 avqust saat 14:00-dan işlər yekunlaşana qədər kəndin ümumilikdə 530 abonenti qazsız qalacaq.