Masallıda narkokuryerdən narkotik vasitələr aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində verir.
Masallı RPŞ-nin əməkdaşları yoxlama tədbirləri həyata keçiriblər. Nəticədə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Rəşad Nəcəfov tutulub. Ondan 10 kiloqram marixuana, heroin və metamfetamin götürülüb.
Müəyyən edilib ki, R.Nəcəfov narkotik vasitəni İran vətəndaşından alıb. O, narkotiki pul müqabilində göstərilən ünvanlara çatdırmağa razılaşıb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.