Masallının Ərkivan qəsəbəsindəki 5 saylı ümumi orta məktəbdə təmir işlərinə rəsmi baxış keçirilib.
Cenublu.az Masallı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, tədbirdə Masallı RİH-nin başçısı Araz Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Məktəb 1928-ci ildən fəaliyyət göstərir və köhnəlmişdir. Təhsil müəssisəsinin bərpası xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilir.