Masallı rayon Mərkəzi Kitabxanasında kənd kitabxana filialları işçilərinin iştirakı ilə seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
Tədbirdə kitabxananın direktor əvəzi Zamin Məmmədov gündəlikdə dayanan məsələlər barədə məlumat verib. Sonra kitabxanada görülmüş işlərin hesabatı dinlənilib və növbəti aylarda həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı tapşırıqlar verilib.