Masallı rayonunun Təzə Alvadı kəndində ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Ümumi sahəsi 264 kv.m olan 9 otaqlı evin ikinci mərtəbəsinin 1 otağında ev əşyaları 20 kv.m sahədə yanıb. Alov söndürülüb. Tikili yanğından mühafizə olunub.