Masallı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyul tarixində verir.
Hadisə Digah kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 340 kv.m (hər mərtəbəsi 170 kv.m) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 170 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.