top
Masallıda fizika elmləri doktoru Ənvər Nəhmədovun 65 illiyi qeyd olunub
24 avqust 2024, 04:48
- ↺ +

Masallıda fizika elmləri doktoru Ənvər Nəhmədovun 65 illiyi qeyd olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıda akademik, fizika elmləri doktoru Ənvər Nəhmədovun anadan olmasının 65 illiyi ilə əlaqədar tədbir keçirilib.

Cenublu.az xəbər verir ki, tədbir rayon Mərkəzi Kitabxanasında baş tutub.

Görüşdə çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki, Azərbaycanda fizika elminin görkəmli nümayəndələrindən biri Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O,1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Həmin ildən təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Fürudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.1982-84-cü illərdə SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Fizika-Texnika İnstitutunda təcrübə keçib. Alimin nanostrukturlar fizikası üzrə elmi araşdırmaları Amerika və Avropanın nüfuzlu jurnallarında dərc olunub.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Rəşad İsmayılov vurğulayıb ki, Ənvər Əhmədov 1991-ci ildə Türkiyənin Marmara Universitetində, 1992-ci ilin sonundan isə İstanbul Texniki Universitetində professor kimi ingilis və türk dillərində magistr, bakalvr və aspirantlara dərs deyib. O, 1999-cu ildə Almaniyanın Würzburq Universitetinə, 2001-ci ildə isə Max-Planc İnstutuna dəvət olunub və Drezden şəhərində Kompleks Sistemlərinin Fizikası İnstitutunda professor Fuldenin qrupunda işləyib. 2002-ci ildə Saksoniyanın Chemnitz Texnik Universitetində işə başlayan Ə.Nəhmədov Drezden şəhərində MOSFET diodlarının dəlinmə mexanizmini öyrənən icra qrupu yaradıb.

Qeyd olunub ki, 2015-ci ildə Vətənə qayıdan alim AMEA Fizika İnstitutunda laboratoriya müdiri, eyni zamanda Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsində dekan vəzifələrində çalışıb. 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifi olub. Onun rəhbərliyi ilə fizika elmi üzrə fəlsəfə və elmlər doktorları hazırlanıb. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Ə.Nəhmədov çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edib.

2021-ci ildə Bakı şəhərində vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Oxşar xəbərlər