top
Masallıda doğuşdan sonra komaya düşən qadın öldü
20 noyabr 2024, 06:43
- +

Masallıda doğuşdan sonra komaya düşən qadın öldü

Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü Elnurə Kərimli doğum şöbəsində ikinci övladını dünyaya gətirərkən Masallı Rayon Mərkəzi Xəstəxanasında komaya düşüb, Bakıya – Respublika Klinik Xəstəxanasına gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Bakupost.az-a mərhumun atası İntiqam Kərimov məlumat verib.

İ.Kərimovun bildirdiyinə görə, Elnurə hamiləliyi boyu sağlam olub, 1 ay öncədən xəstəxanada yoxlamadan, analizlərdən keçib, heç bir problem aşkarlanmayıb: “Yoxladıqdan sonra dedilər ki, 1 həftə sonra gələrsiz. Doğuş vaxtı özü öz ayağı ilə getdi. Xəstəxananın Könül adlı ginekoloqu, Fikrət adlı cərrahı bildirdilər ki, artıq uşaq götürülməlidir, təbii doğuş yox, qeysəriyyə edək. Şöbə müdiri Əminə Bəndəliyevadır. Qızımı yoldaşı, ailəsi əməliyyata aparıb, analizlər təmiz idi, problemsiz əməliyyata alınıb. Sonra mənə xəbər verdilər ki, oğlan uşağı oldu, normal, sağlamdır, amma ana ayılmadı. Biz xəstəxanaya getdik. Mən qızımı görəndə 90 % ölü kimi idi, oksigen balonuna qoşmuşdular. 2-ci sutkada gördük ayılmır, getdim baş həkim İlqar Məmmədovun yanına, dedim, uşaq yarımcandır, 2 sutkadır ayılmır, ağırdırsa, Bakıya aparaq. Mənə dedi ki, yox, bu xəstə mənlikdir, indi götürmək olmaz, mən sağaldacam. Xəstə reanimasiyada demək olar ki, ölü idi. Məni arxayın etdi, aldatdı, qayıtdım kəndə. Gecə zəng etdilər ki, xəstə ağırdır, gəlin, Bakıya göndəririk. Soruşdum ki, niyə yubadıb indi aparırsız, axı mən vaxtında demişdim. Oksigen balonuna qoşulu halda cəmi 5 faiz yaşayan insanı təcili yardımla gecəylə götürdülər Respublika Kliniki Xəstəxanasına. Mən qızımı gördüm, o, demək olar ki, ölmüşdü”.

İ.Kərimov deyib ki, analizlər xəstənin bütün həyati orqanlarının sıradan çıxdığını göstərib: “Bircə ürəyi az da olsa, işləyirdi. Amma xəstəni yenə də reanimasiyada saxlayıblar. Lakin görülən tədbirlər fayda verməyib, xəstə noyabrın 4-də vəfat edib”.

Ailənin ölüm səbəbini öyrənmək tələbinə isə “ekspertiza olmadan, cavab verə bilmərik” deyiblər. Ekspertizadan sonra övladını dəfn etməyə aparıb:

“Respublika Klinik Xəstəxanasının həkimləri də bizi yola verdi. Nə qədər təkid etdik ki, ölübsə, boş yerə aparatda saxlamayın, razıyıq, ayırın, verin balamızı. Bizə ancaq onu deyirdilər ki, ağırdır. Özü də Masallıdakı analizlərlə bu xəstəxanadakı cavablar tamam fərqli idi. Mən hesab edirəm ki, Masallıdan Bakıya elə meyit aparıblar. Bizi yalandan arxayın etdilər”

Şikayətçi ekspertizanın rəyinin hələ hazır olmadığını bildirib:

“Masallıda qızım ağırlaşanda prokurorluğa şikayət etdim ki, uşaq ölür. Bakıda vəfat edəndə Yasamal polisindən gəldilər. Şikayətimi etmişəm. TƏBİB-ə dəfələrlə zəng etmişəm ki, xəstəmizi öldürdülər, araşdırın, bizə kömək edin. Heç bir cavab yoxdur. Elə boş yerə ünvan, ad nömrə götürürlər. Heç saytlarda xəbər kimi də verilmədi. Hər şeyi gizlədirlər. Masallı xəstəxanasının baş həkimi, həkimləri bizi görüb qaçdılar, polisləri tökdülər ora ki, bizə hücum edəcəklər. Qızımın əməliyyatda qanına nə salıblar, beyninə qan sızıb, sepsis olub, bir söz deyən yoxdur. Gözünü heç açmadan getdi. “Respublikanski”də dedilər ki, bunu öldürüb gətirmisiz. Bilmirik, dərdimizi kimə deyək?! Mən həkim səhlənkarlığından şikayətçiyəm. Əgər onun problemi vardısa, əməliyyata niyə götürürdüz? Öncədən niyə demədiniz? Normal, sağlam ananı əməliyyata aldılar. O qədər ana ölümü olur ki… Amma gizlədirlər. Ailə aparıb meyiti dəfn edir, məsələ bitir. Niyə bu məsələlər araşdırılmır, niyə ana ölümlərinə son qoyulmur?!”.

Məsələ ilə bağlı Masallı Rayon Xəstəxanasının Könül adlı ginekoloq həkim münasibət bildirmək istəməyib.

TƏBİB-dən isə hələlik sorğuya cavab verilməyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Bu gün, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Bu gün, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Bu gün, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Bu gün, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Bu gün, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Bu gün, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Bu gün, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Bu gün, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Bu gün, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Bu gün, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
Dünən, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
Dünən, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Dünən, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Dünən, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Dünən, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Dünən, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Dünən, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Dünən, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Dünən, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər
Dünən, 10:49

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Bütün xəbərlər
Dünən, 10:09

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Bütün xəbərlər
Dünən, 09:29

19 yaşlı lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Oxşar xəbərlər