Masallıda “Dinimiz və ətraf mühit” adlı tədbir təşkil edilib.
Cenublu.az Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir ki, görüş rayon Mərkəzi Kitabxananın və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin birgə təşkilatçılığı ilə “Gənclər Evi”ndə baş tutub.
Tədbirdə kitabxana əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə Mərkəzi Kitabxanasının əməkdaşları Günay Xəlilova və Gülər Piriyeva, DQİDK-nın Masallı regional bölməsinin əməkdaşları Elvin Hüseynli, Pərvin İmanov, QMİ-nin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov çıxış ediblər.
Yekunda iştirakçıların sualları cavablandırılıb.