Masallıda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində verir.
Keçirilən nəzarət tədbirləri zamanı Musaküçə kəndində yerləşən avtotəmir sexində zibillərin vaxtlı-vaxtında daşınmaması müəyyən edilib.
Faktlarla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.