Masallı və Lənkəranda abituriyentlər üçün SDU haqqında məlumatlandırma sessiyası təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 avqust tarixində verir.
Görüşdə SDU-nun Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, məktəb direktorları, müəllimlər, abituriyentlər və valideynlər iştirak ediblər.
Sessiyada universitetin ixtisasları, tədris proqramları, təhsil haqqı, güzəştlər, təqaüd proqramları, maddi-texniki bazası barədə geniş məlumatlar verilib. Daha sonra SDU-nun tanıtım bukletləri və jurnalları təqdim edilib.
Yekunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.
Tədbir Sumqayıt Dövlət Universiteti və Lənkəran–Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.